Tacikistan və Qırğızıstan sərhədində sərhədçilər arasında atışma olub.

"Kanal14.az" xəbər verir ki, bu barədə Qırğızıstanın sərhəd xidmətinin mətbuat mərkəzindən bildirilib.

"Dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı insident baş verib", - sözçü deyib. 

Qırğızıstan və Tacikistan sərhədi vaxtaşırı yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında sərhədin necə keçdiyini müəyyən etmək mümkün olmayan ərazilərdir. Silahdan istifadə ilə bağlı sonuncu insident yanvarın sonunda baş verib. Taciklərin Qırğızıstan yolunu kəsməsi səbəbindən sərhədçilər arasında başlayan qarşıdurma bir neçə saat davam edib. Yalnız iki ölkə nümayəndələri arasında aparılan danışıqlardan sonra barışıq əldə edilib. Qarşıdurma zamanı hər iki tərəfdən 30-dan çox insan yaralanıb.