Gündəm / Siyasət

Japarov Tacikistanı birgə komissiya yaratmağa çağırdı

Japarov Tacikistanı birgə komissiya yaratmağa çağırdı
Qırğızıstan Prezidenti Sadr Japarov Tacikistanla qarşıdurma səbəbindən ölkənin ərazi bütövlüyünün təhdid altında olduğunu söyləyib.
Kanal14.az: - Azvision.az xəbər verir ki, bu barədə Japarovun mətbuat xidməti məlumat yayıb.

Japarov sülhü qorumağa kömək edəcək komissiya yaratmağı təklif edib.

"28-30 aprel tarixləri Qırğızıstan xalqı üçün çətin tarixi sınaqlar və kədər günləri oldu. Mülki şəxslər narahatlıq yaşadılar, ölkənin təhlükəsizliyi qeyri-sabit vəziyyətə düşdü. Eyni zamanda, Qırğızıstanın bütövlüyünü sərhədçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının hazırlığı, yüksək mənəvi ruhu və qəhrəmanlığı sayəsində qorunmaq mümkün oldu”, - deyə Prezident əlavə edib.

Jarapov gələcəkdə Qırğızıstan və Tacikistanın toqquşmalardan çəkinmələrini, problemləri sülh yolu ilə həll etməli olduqlarını söyləyib. O, müraciətində hər iki ölkəni sülhü dəstəkləyən komissiya yaratmağa çağırıb. Buraya Qırğızıstan və Tacikistanın ağsaqqalları daxil olacaqdır.