Gündəm / Cəmiyyət / Hadisə

Neftçalada yanğın oldu

Neftçalada yanğın oldu

Neftçala rayonunun 2 №-li Mayak kəndində ümumi sahəsi 168 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 10 m² sahədə və ev əşyaları qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Kanal14.az"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.