Hadisə

Tovuzda evdə yanğın

Tovuz rayonunda yanğın baş verib.

Kanal14.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Tovuz rayonun Hacıalılı kəndində ümumi sahəsi 320 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 160 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.