Hadisə

Xırdalanda ikimərtəbəli ev yanıb

Xırdalanda ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evdə yanğın olub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytında olan məlumatına görə, 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi və ev əşyaları 10 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.