Böyük Britaniyanın baş naziri Boris Conson İcmalar Palatasında Ukrayna və Rusiya arasında müharibədə vəziyyətin diplomatik yolla tənzimlənməsini çətin adlandırıb.

"Kanal14.az" bu barədə  Sky News-a istinadən xəbər verir.
Baş nazir etiraf edib ki, Rusiyanın işğalına son qoyacaq diplomatik və ya danışıqlar yolu ilə həll yolu tapmaq çətindir:

"Mən bilirəm ki, Nümayəndələr Palatası diplomatik varianta üstünlük verəcək. Amma düşünürəm ki, bu, çətin olacaq. İndi biz bu qənaətə gəldik ki, mümkün olan hər şeyi etməliyik, birgə sədd çəkməliyik. Bunun sayəsində Putin Ukraynada getdikcə daha çox uğursuzluqla üzləşəcək".

Böyük Britaniya hökumətinin başçısının sözlərinə görə, belə yanaşma Rusiya Federasiyasını təcavüzü dayandırmağa məcbur edəcək: "Ukraynaya silah tədarükünün həcminin artması hərbi-siyasi rəhbərliyi yeni hücumlar arzusundan məhrum etməlidir".