Gündəm / Cəmiyyət / Sosial

"Azəriqaz" rəhbərliyinin vətəndaşlarla görüşü


"Kanal14.az"  "DogruXeber.az"a istinadən  xəbər verir ki, bu gün "Azəriqaz" İstehsalat Birliyinin (İB) direktoru Ruslan Əliyev və qurumun digər səlahiyyətli nümayəndələri vətəndaşlarla "online" görüş keçirib, onların mavi yanacaqla bağlı müraciətlərini dinləyiblər. Bu barədə "Azəriqaz" İB-nin direktoru Ruslan Əliyev öz şəxsi "Facebook" hesabında məlumat paylaşıb.



"Əziz dostlar!
Bu gün mən və müavinlərim – Cahid Hüseynov və Ramil İsgəndərov növbəti dəfə onlayn vətəndaş qəbulu keçirdik. Qurumun bütün əməkdaşları vətəndaşları daim dinləməli, mövcud problemin həllinə bütün gücüylə səfərbər olmalıdır. Biz xidmət sahəsini təmsil edirik. Ona görə də vətəndaşın xidmətində dayanmaq vacib vəzifəmizdir. Bu gün qəbula gələn Bərdə, Ağcabədi və Beyləqan rayon sakinlərinin hər birinin müraciəti araşdırılacaq və tərəfimizdən müvafiq qərarlar veriləcək."