Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Azərqaz İB-nin baş dirktorunun media nümayəndələri ilə görüşündən maraqlı anlar

Azərqaz İB-nin baş dirktorunun media nümayəndələri ilə görüşündən maraqlı anlar
24.12.2021-ci il tarixində "Azərqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev jurnalistlərlə görüş keçirib. Görüşdə iştirak edən jurnalistlər arasında "DohruXeber.az" informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov da olub. Kamal Əsgərov baş direktor Ruslan Əliyevə "Azərqaz"la bağlı redaksiyaya daxil olan vətəndaş müraciətləri, eyni zamanda "Azərqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən şəxsən özünə yaradılmış problemlər barəsində suallar ünvanlayıb.


Qeyd edək ki, baş redaktor Kamal Əsgərovun özünə məxsus iaşə obyektindəki qaz sayğacı, "Azərqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən, özünə xəbərdarlıq edilmədən sökülüb aparılıb. Səbəbini isə Kamal Əsgərov özü zəng edib soruşduqda, yoxlama üçün söküldüyü və labaratoriyada yoxlanılarkən, sayğacda nasazlıq olduğunu aşkar etdiklərini bildiriblər. Kamal Əsgərov xəbərdarlıq edilmədən, həmçinin iştirakı olmadan həyata keçirilən bu yoxlamalara görə bir neçə dəfə sözügedən müəssisənin səlahiyyətli şəxslərinə zəng edərək, etiraz bildirib. Səlahiyyətli şəxslərin məsələyə laqeyd münasibətini gördüyü üçün "Azərqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin cümə günü mətbuat nümayəndələri üçün keçirdiyi "açıq qapı" günündə iştirak edib, suallarını və üzləşdiyi problemləri direktorun diqqətinə çatdırıb.

Ruslan Əliyev baş redaktorun suallarına aydınlıq gətirib, həmçinin sayğacın sahibkara xəbərdarlıq edilmədən sökülməsini "Azərqaz" əməkdaşlarının məsuliyyətsizliyi və nöqsanı adlandırıb, mövcud problemlərin qısa zamanda aradan qaldırılması üçün lazımi tədbirlər görüləcəyini vurğulayıb.

Görüşdən razı qalan baş redaktor Ruslan Əliyevinin mətbuat üçün "açıq qapı" günü təşkil etməsini, həmçinin məsələlərə obyektiv yanaşmasını yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, "Azərqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev hər həftənin cümə gününü mətbuat nümayəndələri üçün "açıq qapı" günü elan edib və bu kimi görüşlər ənənəvi olaraq hər həftənin cümə günü keçirilir.

DogruXeber.az