"Mərmi atəşindən sonra Kiyev vilayətinin Belotserkovski rayonunun Olşanitsa kəndində sursat anbarında yanğın baş verib". 

"Kanal14.az" xəbər  verir ki,  bu barədə  Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Saat 06:30-a olan məlumata görə, sursat anbarında yanğın baş verib. Ukrayna Milli Qvardiyasının Novie Petrovtsi kəndindəki qərargahı yandırılıb”, - Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib. 

Çerniqov rayonunun Nejinskaya kəndinin komanda-dispetçer məntəqəsinin atəşə tutulması nəticəsində Milli Təhlükəsizlik Xidmətinin 3 əməkdaşı yaralanıb.