Hadisə

"Sədərək" ticarət mərkəzində yanğın — YENİLƏNİB

http://olke.az/uploads/1551156951/yanginmasini.jpg
 
Yanğın Sədərək Ticarət Mərkəzinin cərgələrindən kənarda yerləşən anbarda olub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Cərgələrdən kənarda yerləşən anbarda yanğın olub. Əməkdaşlarımız tərəfindən yanğın bu dəqiqələrdə söndürülüb.  İlkin məlumatlara görə ölən və xəsarət alan yoxdur”, - məlumatda bildirilib.Yanğın anbarların birinin dam örtüyündə baş verib.

"Kanal14.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, yanğın ərazidəki anbarlardan birinin dam örtüyündə baş verib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.