Hadisə

Silah anbarında PARTLAYIŞ — 4 hərbçi yaralandı

Silah anbarında PARTLAYIŞ — 4 hərbçi yaralandı
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.


Kanal14.az APA-ya istinadən bildirir ki, insident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib.


Partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir.


Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.