Türkiyəli aktyor Anıl İlter sevgilisi, voleybolçu Sinem Yıldızla evlənir. 

"Kanal14.az"  xəbər verir ki, "Sevgililər Günü"nü birlikdə qeyd  edən cütlük münasibətlərini rəsmiləşdirmək qərarlarına gəliblər. 

"Çox gözəl münasibətimiz var. Hələ toy üçün hər hansı bir tarix dəqiqləşdirməmişik", - deyə  cütlük mətbuata açıqlama verib. 

Qeyd edək ki, Anıl hazırda "Mahkum" serialında "prokuror Tahir" obrazını canlandırır.