Gündəm / Dünya

Şeyk sevgilisinin 4 milyon dollarlıq evindən çıxdı - Məşhur cütlük ayrıldı - FOTO

Şeyk sevgilisinin 4 milyon dollarlıq evindən çıxdı - Məşhur cütlük ayrıldı - FOTOBredli Kuperlə İrina Şeykin ayrıldığı iddia olunur.

Bu barədə məlumatı "People" nəşri yayıb.

Məlumata görə, 44 yaşlı Kuper ilə 33 yaşlı Şeyk münasibətlərini sonlandırmaq qərarına gəliblər. Hətta, onlar qızlarının kimlə qalacağı mövzusunda da razılaşıblar.

İrina Kuperin 3,6 milyon funt-sterlinqlik (4.5 milyon dollar) evini tərk etsə də, onlar münasibətlərini dost kimi davam etdirirlər.

Qeyd edək ki, Oskar mükafatına layiq görülən aktyor 2015-ci ildən supermodellə münasibətdədir və o, şəxsi həyatını daim gizli saxlamağa çalışıb.milli.az