Masallıda avtomobil aşıb.

"Kanal14.az" xəbər verir ki, "UAZ" markalı avtomobil idarəetmədən çıxıb və Masallı-Yardımlı yolundan kənarda aşıb. Nəticədə avtomobildə olan Lerik sakinləri - 2004-cü il təvəllüdlü Yusif Seyfullayev, 1983-cü il təvəllüdlü Camal Rəhimov və 1973-cü il təvəllüdlü Yalçın Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.