Şirvanda yol qəzası olub, xəsarət alanlar var.

"Kanal14.az" xəbər verir ki, hadisə axşam saatlarında şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, "Hyundai” markalı avtomobil "Mercedes” markalı avtomobillə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ağır xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)