Telegram Facebook Twitter Youtube Instagram
16 okt 2021, 13:18 | Gündəm / Siyasət
Bakı Bütöv Azərbaycan ideyasını tətikləyə bilərmi? - AKTUAL

Bakı Bütöv Azərbaycan ideyasını tətikləyə bilərmi? - AKTUAL

Kanal14.az: - İstər İrandakı türklər, istərsə Azərbaycanda millətçi kəsim hər zaman "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” şüarı ilə çıxış ediblər. Bu deviz əsrlərdən gələn bir arzu olaraq ürəklərdə yaşayb və şimalla cənubun birləşməsi, vahid Azərbaycan sevgisi dilə gətirilib.


Son illərdə bu şüarlar Təbrizin "Traktorçu” klubunun oyunlarında stadionlarda səslənir, eləcə də Bakıda türk millətçi gəncləri vaxtaşırı keçirilən piketlərdə istəklərini hayqırırlar. Əlbəttə, Arazın o tayı ilə bu tayının birləşməsi həmişə bir hədəf kimi də ayrı-ayrı təşkilatların, siyasətçilərin dilindən eşidilib, yazıçılar, şairlər əsərlərində bütöv Azərbaycandan danışıblar. Hətta mərhum prezident Əbülfəz Elçibəyin zamanında Bütöv Azərbaycan Birliyi (BAB) təşkilatı da kifayət qədər fəal idi. Lakin Azərbaycan hökuməti bu məsələdə həssaslıq göstərib, İranın xətrinə dəymək istəməyib, diplomatik etikanı gözləyib. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti Bütöv Azərbaycan ideyasına heç vaxt isti baxmayıb, hər zaman buna ehtiyatlı yanaşıb.


"Yeni Müsavat” bildirir ki, İranın son davranışlarından sonra bu mövzu hökumətin siyasətində cazibədar görünə bilər. İranın ölkəmizə qarşı təhdid və təhlükəsini önləmək üçün Güneydə azərbaycanlıların təşkilatlanması, vahid ideya ətrafında birləşməsi perspektivi, təbliğat xarakterli addımlar atılması gündəmə gələ bilər. Necə ki İran Azərbaycanda dini-ideoloji zəmində iş aparıb, özünə müəyyən tərəfdar, "5-ci kolon” yaradıb, kontur cavab olaraq da biz güneyli fəallara dəstək verə bilərik. Bu, İranda fars-molla rejiminin ən çəkindiyi bir məsələdir.


Çünki görünən budur ki, İranla münasibətlərimiz qarşıdakı dövrdə heç vaxt stabilləşməyəcək, həlimləşməyəcək. Hətta diplomatik etika naminə müəyyən kommunikasiya olsa belə, İranla Azərbaycan arasında yaxşı qonşuluq münasibətlərinin yaranması yaxın dövr üçün görünmür. Ona görə Azərbaycanın təhlükəsizlik baxımdan İrana öz tərzində cavab verməsi, ən qorxduğu amillə qorxutması lazım ola bilər. Bəs bu arqumentləri mütəxəssislər necə qiymətləndirir, Bütöv Azərbaycan ideyasını tətikləmək fikrini bölüşürlərmi?


Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Yeni Müsavat”a bildirdi ki, kaş 10 il qabaq Azərbaycan dövlətinin milli ideologiya işlərinə baxanlar bunu görə biləydi. Onun sözlərinə görə, Bütöv Azərbaycan ideyası çox önəmlidir: "Dünya Azərbaycanlıları Konqresi var idi, Sabir bəy sədr idi. İran bundan çox qorxurdu, bu təşkilatı dağıtmağa çalışırdı. Amma təəssüf ki, bəzi məsələlər oldu. Bunu da başa düşürəm, Azərbaycan qonşularla, özəlliklə İranla münasibətlərinin pozulmasını istəməyib, bunun üçün çalışıb. Amma bu gün qarşımızda bir İran gördük ki, Azərbaycanın düşməninə dəstək verir, ərazi bütövlüyümüzə hörmət qoymur, son hadisələrdə isə nə qədər məkrli, ikiüzlü siyasət aparır. Biz islam respublikasına, din qardaşlığına yaraşmayan tərzədə İran gördük, öz xislətini ortaya qoydu. Ona görə güneylilərə haqları uğrunda mübarizədə köməklik edilməsi niyə də olmasın?!”


T.Rüstəmxanlı qeyd etdi ki, Azərbaycan ikiyə bölünüb, bir tərəfi də İrandadır: "Odur ki, Güneydə 30 milyon türk öz haqları uğrunda mübarizə aparırsa, Azərbaycanın ictimai qurumları fəaliyyətə keçməlidir, onların haqları uğrunda mübarizə aparmasına dəstək verməyimiz boynumuzun borcudur. Əslində, onsuz da əvvəllər xalqımız dəstək verirdi, indisə madam ki, İran bizə qarşı belə münasibət bəsləyir, onda bu dəstəyi gücləndirmək olrd. İranın xatirinə Çöhrəqanlının gəlişinə qadağa var idi, Türkiyə də yasaq qoymuşdu. Ancaq İran nə etdi, erməniyə dəstək verdi. Ona görə İranın mücahidlərinə dəstək verməkdən başlamaq lazımdır. Ən azı dövlətimiz bu prosesə mane olmamalıdır. Çünki İranın göstərdiyi bu münasibət heç nəyə sığmır, biz də mövqeyimizi ortaya qoymalıyıq”.


Bütöv Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev "Yeni Müsavat”a dedi ki, İranı feodal düşüncəli adamlar idarə edir, ölkədə qaba bir rejim hökmrandır, din pərdəsi altında insanların hüquqlarını pozmaqadırlar: "Azərbaycan isə yeni formalaşan dövlətdir, hökumət rəsmiləri deyilən sözlərə həmişə diqqət yetiriblər, ölçülü-biçili danışıblar, bu da normaldır, hakimiyyət ehiyatlı davranıb. Adətən deyirlər ki, Bütöv Azərbaycan ideyasını Elçibəy ortaya qoymuşdu, amma o da prezidentliyi dönəmində İranla bağlı ölçülü-biçili çıxş edirdi. İndisə vəziyyəti gərginləşdirən İrandır. Üstəlik, deyirlər ki, Türkmənçay müqaviləsinə təzədən baxmalıyıq. Görün, hansı feodal düşüncəyə sahibdirlər”.


BAP sədri bildirdi ki, Güney Azərbaycan məsələsi hər an partlamağa hazır olan bir dinamitdir: "Biz Bütöv Azərbaycan olmaq niyyətimizi gizlətmirik, xalqımız da bunu arzulayır. Sadəcə, indi fərqli zamandır, İran bir ayrı dövlətdir, biz müstəqil ölkəyik, amma heç kim bizi bütöv olmaq istəyimizdən döndərə bilməz”.


Qeyd edək ki, Prezident İlham Əliyev İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsində İranla gərginliyin həqiqətlərini açıqlayıb. Prezidentin sözlərinə görə, Azərbaycan mesajını dostcasına bildirib, əfsuslar olsun ki, xəbərdarlığa adekvat cavab verilməyib. Sitat: "Bundan sonra diplomatik nota hazırladıy, səfir dəvət olundu və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrləvə ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik”.

"Yeni Müsavat”


3 dek 2021, 15:16 |
Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Foto
ATA TENDER KEÇİRİR, OĞUL QALİB OLUR..
3 dek 2021, 11:29 |
Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Foto / Video
"Millət ac qalsa da olar, təki məmur tox olsun"... - VİDEO
2 dek 2021, 10:00 |
Gündəm / Hadisə
Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə öldü
2 dek 2021, 09:52 |
Gündəm / Siyasət
Mahmudçala gölü ETSN işçiləri tərəfindən ərəblərin rahat ov etməsi üçün qurudulur? – Videofakt…
2 dek 2021, 09:14 |
Gündəm / Sosial / Təhsil
Təhsil Nazirliyinin İsmayıllıdan XƏBƏRİ VARMI? - İTTİHAM
1 dek 2021, 16:26 |
Gündəm / Sosial
2 ay əvvəl atasını, helikopter qəzasında ərini itirdi
1 dek 2021, 16:09 |
Gündəm / Hadisə
Dekabrda hava necə olacaq?
1 dek 2021, 15:33 |
Gündəm / Siyasət / Sosial
Bu gün daha 60-a yaxın məhkum cəzadan azad edilib
1 dek 2021, 15:10 |
Gündəm / Siyasət
Cavid Qurbanov gedir... - İLGİNC İDDİA
1 dek 2021, 15:10 |
Gündəm / Siyasət
Cavid Qurbanov gedir... - İLGİNC İDDİA
1 dek 2021, 14:05 |
Gündəm / Siyasət
Erməni generallar yüzlərlə əsgəri öldürüb: - MTX araşdırmalara başladı
1 dek 2021, 13:06 |
Gündəm / Siyasət / Sosial
DYP işçi axtarır
1 dek 2021, 12:24 |
Gündəm / Siyasət / Sosial
Laçında bu obyektlər su ilə təchiz edilib
1 dek 2021, 12:09 |
Gündəm / Siyasət / Hadisə / Sosial
“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO
1 dek 2021, 11:35 |
Gündəm / Hadisə
Dekabrda hava necə olacaq? - Açıqlama
1 dek 2021, 11:22 |
Gündəm / Siyasət
Xocavəndə icazəsiz keçən 9 nəfər saxlanıldı
1 dek 2021, 11:00 |
Gündəm / Hadisə / Sosial
Göygöldə it döyüşdürənlər həbs edildilər - FOTO
1 dek 2021, 10:45 |
Gündəm / Sosial
Xəstələnməmək üçün nə yemək lazımdır?
1 dek 2021, 10:30 |
Gündəm / Mədəniyyət
Tərəf müqabili ilə sevgi yaşayan, evi olmadığı üçün qarajda qalan, iki dəfə intihara cəhd edən Xalq artisti
1 dek 2021, 10:15 |
Gündəm / Hadisə
Beyləqan sakini polisi yaraladı - RƏSMİ
1 dek 2021, 10:00 |
Gündəm / Siyasət / Dünya / Sosial
Baqdasaryan Köçəryanı biabır etdi: erməni əsgərlərinin ölüm əmrini siz vermisiniz
30 noy 2021, 17:45 |
Gündəm / Siyasət
Bir ildə 3 bəyanat! Soçinin əsas fərqi... - GƏLİŞMƏ
30 noy 2021, 17:36 |
Gündəm / Siyasət
Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz... - NƏ BAŞ VERİR?
30 noy 2021, 16:35 |
Gündəm / Siyasət
Bir ildə 3 bəyanat! Soçinin əsas fərqi... - GƏLİŞMƏ
30 noy 2021, 15:57 |
Gündəm / Siyasət
Məmur: “Ata Abdullayevə quzu təklif etdim, 10 min manat istədi”
30 noy 2021, 14:46 |
Gündəm / Hadisə
Azərbaycanda hərbi helikopter qəzaya uğradı - Ölənlər və yaralananlar var
30 noy 2021, 14:43 |
Gündəm / Siyasət
Dünya Prezident İlham Əliyevi dünya səviyyəli qurucu lider kimi tanıyır - RƏY
30 noy 2021, 14:40 |
Gündəm / Siyasət
Prezident sərəncam imzaladı
30 noy 2021, 11:53 |
Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Foto / Video
Bu Nazirlik cəngəllik qanunları ilə idarə olunur - VİDEO//FOTO
30 noy 2021, 11:06 |
Gündəm / Siyasət / Sosial
"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU... - NƏ İŞLƏR ÇEVİRİR...
30 noy 2021, 11:00 |
Gündəm / Siyasət
Polis Mensonun evində axtarış apardı
30 noy 2021, 10:54 |
Gündəm / Siyasət
Torpaq analizləri fermerlərə gübrələrdən düzgün və səmərəli istifadə imkanı verir - Bölgələrdə məlumatlandırma sessiyaları (FOTO)
3 dek 2021, 15:16 |
Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Foto
ATA TENDER KEÇİRİR, OĞUL QALİB OLUR..
3 dek 2021, 11:29 |
Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Foto / Video
"Millət ac qalsa da olar, təki məmur tox olsun"... - VİDEO
2 dek 2021, 10:00 |
Gündəm / Hadisə
Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə öldü
2 dek 2021, 09:52 |
Gündəm / Siyasət
Mahmudçala gölü ETSN işçiləri tərəfindən ərəblərin rahat ov etməsi üçün qurudulur? – Videofakt…
2 dek 2021, 09:14 |
Gündəm / Sosial / Təhsil
Təhsil Nazirliyinin İsmayıllıdan XƏBƏRİ VARMI? - İTTİHAM
1 dek 2021, 16:26 |
Gündəm / Sosial
2 ay əvvəl atasını, helikopter qəzasında ərini itirdi
1 dek 2021, 16:09 |
Gündəm / Hadisə
Dekabrda hava necə olacaq?
1 dek 2021, 15:33 |
Gündəm / Siyasət / Sosial
Bu gün daha 60-a yaxın məhkum cəzadan azad edilib
1 dek 2021, 15:10 |
Gündəm / Siyasət
Cavid Qurbanov gedir... - İLGİNC İDDİA
1 dek 2021, 15:10 |
Gündəm / Siyasət
Cavid Qurbanov gedir... - İLGİNC İDDİA
1 dek 2021, 14:05 |
Gündəm / Siyasət
Erməni generallar yüzlərlə əsgəri öldürüb: - MTX araşdırmalara başladı
1 dek 2021, 13:06 |
Gündəm / Siyasət / Sosial
DYP işçi axtarır
1 dek 2021, 12:24 |
Gündəm / Siyasət / Sosial
Laçında bu obyektlər su ilə təchiz edilib
1 dek 2021, 12:09 |
Gündəm / Siyasət / Hadisə / Sosial
“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO
1 dek 2021, 11:35 |
Gündəm / Hadisə
Dekabrda hava necə olacaq? - Açıqlama