Gündəm / Şou / Mədəniyyət

 "Günəşin su ilə qovuşduğu yerdə yeni hekayə başlayır"

 "Günəşin su ilə qovuşduğu yerdə yeni hekayə başlayır"

 Kanal14.az: - Aparıcı Afaq Gəncəli Azad Azərbaycan kanalı ilə yollarını ayırmasından danışıb.


Afaq Gəncəli İnstaqramda bu sözləri qeyd edib:


"16 il...Əlvida, Azad Azərbaycan Televiziyası. Hər kəsin yolu açıq olsun, mənim də yolum bu kanalda bura qədər idi. Kitab kimi yaşayıram, hər səhifəmdə yolum, izim. Hər səhifəmdə bir missiyamı tamamladım. Amma hər səhifə sonuna bir xoşbəxt günəş əlavə etdim. Hər son bir başlanğıc, hər başlanğıc yeni bir səhifə, yeni bir ümiddir.


Üzü Xəzər televiziyasına addımlayarkən həyat kitabıma yeni gözəlliklər əlavə edəcəyimdəm əminəm. Günəşin su ilə qovuşduğu yerdə yeni hekayə başlayır. Mən və Xəzər-su kimi aydınlatmağa gəlirik. Yeni işlər, yeni fikirlər, yeni nailiyyətlər və irəli!"

Qeyd edək ki, Afaq Gəncəli "ATV maqazin onlarla" verilişinin aparıcısı olub.