Şou

"Burnum çox bahalıdır" - Afaq Gəncəli estetik əməliyyatlarından danışdı

"Burnum çox bahalıdır. 3 dəfə əməliyyat etdirmişəm".
 

Kanal14.az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Afaq Gəncəli ARB TV-də yayımlanan "Ona qalsa" verilişində söyləyib:

"Əməliyyatların sayının 3 olması öz günahımdır. Birinci əməliyyatda dedim ki, burnuma çox da müdaxilə etməyin, bilinməsin ki, əməliyyat olunub. Burnumun ucunun kəsilməsinə icazə vermədim. Neçə il keçdi, burnumda nəfəsalma problemi yarandı. Lor həkiminin yanına getdim, o mənim nəfəsalma prolemimi aradan qaldırdı, estetik cəhətdən isə hər hansı bir dəyişiklik olmadı. Düşündüm ki, nə edim? Getdim, estetik əməliyyat etdirdim".