Cəmiyyət

“Facebook” Azərbaycanın ən böyük rusdilli səhifələrindən birini sildi: Yeni səhifə yaradıldı

“Facebook” Azərbaycanın ən böyük rusdilli səhifələrindən birini sildi: Yeni səhifə yaradıldı

 
 
 




"Facebook” sosial şəbəkəsi tərəfindən Azərbaycanın ən böyük rusdilli səhifələrindən olan "Новости Азербайджана” silinib. 
"Facebook” tərəfindən səhifənin silinməsi səbəbi barədə heç bir açıqlama bildirilməyib. 
"Новости Азербайджана” səhifəsinin 250 minə yaxın izləyici var idi. 
Artıq bu səhifənin yerinə yeni bir "Facebook” səhifəsi yaradılıb. Yeni səhifəni buradan izləyə bilərsiniz. 
Qeyd edək ki, son zamanlar "Facebook” tərəfindən Azərbaycan istifadəçiləri tez-tez blok olunur.