kanal14.az
kanal14.az

"Nikol Moskvada "Azərbaycan" sözünü deməkdən qorxurdu" - Şarmazanov

8-07-2021, 13:26 66 dəfə baxılıb

"Nikol Moskvada "Azərbaycan" sözünü deməkdən qorxurdu" - Şarmazanov

 

 
Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya səfəri erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Siyasi şərhçilər ölkə rəhbərinin Moskvada hansısa mühüm nəticələrə gətirib çıxaracaq məhsuldar görüşlər keçirmədiyini bildirirlər.

Kanal14.az Azvision.az a istinadən xəbər verir ki, bəzi siyasətçilər isə Paşinyana istehza ilə yanaşıblar. Eks-prezident Serj Sarkisyanın "Respublika” partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spiker Eduard Şarmazanov məlum səfərlə bağlı bunları deyib:

"Putinlə Paşinyan arasındakı görüşün videogörüntülərinə baxdım. Kapitulyator hətta "Qarabağın statusu" ifadəsini səsləndirəndə "Azərbaycan" sözünü deməkdən belə qorxurdu. Bu, İlham Əliyevi birbaşa tənqid edəndə şəkərinin qalxacağından qorxan "polad lider"dir".

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA