kanal14.az
kanal14.az

General Rüstəm Muradovla öpüşən Araik Moskvada ev almaq istəyir... - Ermənistan KİV

General Rüstəm Muradovla öpüşən Araik Moskvada ev almaq istəyir... - Ermənistan KİV
23-04-2021, 10:15 136 dəfə baxılıb

General Rüstəm Muradovla öpüşən Araik Moskvada ev almaq istəyir...
Xəbər verildiyi kimi, dünən səhərdən Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın Moskvada xüsusi səfərdə olması haqda xəbərlər yayılıb. Erməni mediası onun Rusiya paytaxtına təcili olaraq çağırıldığını bildirib. Həmin məlumatlara görə, Rusiya xüsusi xidmət orqanları Araikin Ermənistan rəhbərliyinə itaətkar davranışından narahatdır və "onu özünə gətirməyə" çalışacaq...

DogruXeber.az  Moderator.az-a istinadən  xəbər verir ki, bəzi erməni nəşrləri Qarabağın baş separatçısının Rusiya paytaxtına səfəri ilə bağlı daha bir neçə məqamı ortalığa çıxarıb. Yeni xəbərlərdə
A.Arutyunyanın xanımının da özü ilə bərabər Moskvada olduğu deyilir.

"Dünən Araik Arutyunyanın "faydalı ilə ləzzətlini birləşdirməyə” qərar verdiyini öyrəndik․ Əldə etdiyimiz məlumata görə, o, Moskvada ev almağa hazırlaşır. A.Arutyunyanın mətbuat katibi Lusine Avanesyan bu haqda sualımıza belə cavab verdi: "Artsax prezidenti barədə belə bir məlumat yoxdur"- bunu erməni nəşrləri yazır.

Xatırladaq ki, dünən Rusiyanın Azərbaycan torpaqlarındakı hərbi kontingentinin komandanı Rüstəm Muradovun da Moskvada olması haqda xəbərlər yayılıb...

P.S. Yəqin, Kreml Qarabağdakı xidmətlərinə görə Muradova orden, Araikə də ev bağışlayıb...

P.P.S. Yadımıza general Rüstəm Muradovun Araiklə öpüşüb-görüşməsi düşdü...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA