Dünya

Paşinyan Putinin qarşısında biabır oldu, üzr istədi - VİDEO

Paşinyan Putinin qarşısında biabır oldu, üzr istədi - VİDEO








Hər çıxışı ələ salınan Ermənistanın baş naziri Nikol Paşinyan yenə də biabır olub.

Kanal14.az Xezerxeber.az-a istinadla xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin iştirakı ilə videokonfrans şəkilində keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin sözü Nikol Paşinyana verib.

Elə ilk cümlələrində anormal hərəkətləri ilə diqqət çəkən Paşinyan Azərbaycan və Türkiyə ilə bağlı danışmağa cəhd edir. Elə bu anda onun qarşısında olan mikrofonun səsi xışıldamağa başlayır və birdəfəlik itir. Həmin anları özündə əks etdirən videogörüntüləri bütün dünya canlı izləyib.

Bundan sonra o mikrofonu özü düzəltməyə cəhd edir. Həmin vaxt anormal jest və mimikalar edən baş nazir bir neçə dəfə mikrofonu söndürüb yandırsa da, səsdə yenə problem qalıb.

O, texniki problem yarandığına görə üzr istəyir. Putin isə Paşinyana, "eybi yox, biz səni dinləyirik" deyir.

Özünü tamamilə itirən Paşinyan ciblərində olan telefonu və digər elektron cihazları çıxararaq yanındakı şəxsə verir. Bundan sonra o çıxışına davam edir. Samitdə Putin və Paşinyanla bərabər Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Cömərt Tokayev, Tacikistan prezidenti İmaməli Rəhman, Qırğızıstan Parlamentinin sədri Talant Mamıtov da iştirak ediblər.

Paşinyan çıxışında bildirib ki, 44 günlük müharibə boyu Putinlə mövcud vəziyyətlə bağlı mütəmadi təmasda olub. İtkin erməni əsgərlərinin axtarışı və müharibə əsirlərinin, yaralıların və cəsədlərin dəyişdirilməsi kimi məsələlərdə Vladimir Putinlə bu gün də danışıqları davam edir.

Sonra söz alan Putin Ermənistanda Paşinyanın istefasını tələb edən mitinqlərə də toxunub. Qeyd edib ki, Ermənistan xalqı müharibə dövründə tarixləri baxımından çox çətin günlər keçirdi. Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan çox çətin qərarlar vermək məcburiyyətində qaldılar.