kanal14.az
kanal14.az

“Televiziyalarımız daşdan çörək çıxaranların əlindədi, yəni tüpür üzümə, ancaq bizə bax...”

“Televiziyalarımız daşdan çörək çıxaranların əlindədi, yəni tüpür üzümə, ancaq bizə bax...”
2-06-2021, 17:04 64 dəfə baxılıb

"Telekanalları bağlayırlar-sonra açırlar, amma heç nə dəyişilmir. Mahiyyət olduğu kimi qalır. "Lider” TV bağlandı, "Space” kanalından bir neçə nəfər çıxdı və bu insanlar harda işləyəcək, neyləyəcək, sual altındadı. Ümumiyyətlə, bu gün bir çox sənət adamlarının vəziyyəti yaxşı deyil, amma televiziyonçuların vəziyyəti isə olduqca acınacaqlıdır”
 
Bunu Moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. O, televiziyalarımızdakı vəziyyətin illərdir acınacaqlı olduğunu bildirib:
 
"Telekanalları bağlayırlar-sonra açırlar, amma heç nə dəyişilmir. Mahiyyət olduğu kimi qalır. "Lider” TV bağlandı, "Space” kanalından bir neçə nəfər çıxdı və bu insanlar harda işləyəcək, neyləyəcək, sual altındadı. Ümumiyyətlə, bu gün bir çox sənət adamlarının vəziyyəti yaxşı deyil, amma televiziyonçuların vəziyyəti isə olduqca acınacaqlıdır. Heyf ki, "Lider” TV-nin radiosunu da bağladılar. Əgər "Lider” televiziyasi pis idisə, bağlanmaqdansa, düzəlməsi daha yaxşı olardı. Amma radiosu əla idi, yeganə radio idi ki, ona qulaq asırdım. Radiolarımızda da vəziyyət ürəkaçan deyil. Adi bir Gürcüstanın radiolarını qulaq asın və görün musiqinin, diceylərinin keyfiyyəti hansı səviyyədədi. "Lider” FM caz FM idi və yaxşı da kompozisiyalar verirdilər və o da pisin badına getdi”. 
 
K.Həsənli deyib ki, telekenallara qeyri-peşəkarlar rəhbərlik etdiyi üçün dəyişən heç nə yoxdu:
 
"Bu gün yenilik olmayan sahələrin ən bariz nümunəsi televiziyadır. Çünki rəhbərləri peşəkar deyil. Televiziya rəhbərləri peşəkar olmalıdı və həm də onların televiziyada uğuru olmalıdır. Bizdə isə televiziyadan xəbəri olmayanları rəhbər təyin edilər. Televiziya ölkənin içində ayrıca bir ölkədir, dünyadır. Bunu qeyri-peşəkar adama həvalə edəndə əlbəttə ki, heç nə bacarmayacaq”. 
 
K.Həsənli "Space” və AzTV kanallarının vəziyyətindən də danışıb:
 
""Space” kanalının vəziyyəti olduqca acınacaqlıdır. Kanalın düzəlməsi üçün bina yerlə-yeksan edilib, təzədən tikilməlidir. Ora sanki sovet hökumətinin 50-ci illərdəki teatrıdı. Orda hər şey köhnəlib, dağılıb, kameralar, işıqlar atılası vəziyyətdədir. 
AzTV-də o gündədi. AzTV-də baş verənləri Qulu müəllim daha yaxşı bilir. Çünki o, peşəkardı. Televiziyanı yaxşı bilir, fəlsəfi, siyasi, milli düşüncəsi var. Bir sözlə, hazır kadırdı, amma qıraqda qalıb. Təsəvvür edin ki, kanala 1 milyard pul ayrılıb və indi o kanal BBC ilə müqayisə olunmalı idi. Bütün kanallar daşdan çörək çıxaran adamların əlindədir. Yəni get müğənnini gətir və kim olur olsun, burax içəri. Bir dənə normal tok-şou, ulduz aparıcılar yoxdu. Məşhur aparıcılar var və əslində onlar da ultra qeyri aparıcılardı. Çünki sosial şəbəkəni açan kimi baxırsan ki, hamı onları söyür. Televiziya aparıcısını sevərlər e, söyməzlər. Onun fanatları olar, hərəkətlərini təkrar edərlər, onun hansısa məsələyə münasibətinə önəm verərlər. Bunlar söyülürlər və deyirlər ki, nə olsun, əsas odur ki, bizə baxırlar. Yəni tüpür üzümə, amma bizə bax”.
 Vasif Əlihüseyn






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA