Gündəm

Elçin Əlibəylinin verilişi bağlandı

Elçin Əlibəylinin verilişi bağlandı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elçin Əlibəylinin aparıcısı olduğu "Sehrli ilmələr” verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.
 
Elçin Əlibəyli xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb. Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV-nin və layihənin sahibi "Azərxalça” ASC-nin daha dəqiq bildiyini söyləyib.
 
Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev verdiyi açıqlamada qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.
 
O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər. (Metbuat.az)