Gündəm / Siyasət

“İsgəndəri atdıq, partlamadı”- deyən Paşinyanı Kreml sahibi necə CƏZALANDIRACAQ?

“İsgəndəri atdıq, partlamadı”- deyən Paşinyanı Kreml sahibi necə CƏZALANDIRACAQ?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

''Ermənistanın baş naziri Nikol Paşinyan "İsgəndər” raketləri ilə bağlı açıqlamasının Rusiya ilə münasibətlərdə başına bəla açacağını anlayaraq bir gün sonra yeni açıqlama ilə əvvəlki sözlərinə düzəliş etməyə çalışıb''.

Bu açıqlamanı Metbuat.az-a Ermənistanda hökm sürən hazırkı vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu edib.

O bildirib ki, Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə "yol xəritəsi” hazırlanacaq və bu istiqamətdə "Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcək”.

''Paşinyanın sözlərinə görə iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq daha effektiv olacaq.

Nikol Paşinyanın yeni açıqlaması çətin ki, Kremlin acısını soyutsun. Əksinə, Paşinyanın yeni açıqlamasını da belə oxumaq mümkündür: "

Ermənistanla Rusiya arasında hərbi-texniki sahədə buna qədərki əməkdaşlıq işə yaramadı, Sizdən aldığımız hərbi texnika yararsız çıxdı, bu əməkdaşlığı daha effektiv şəkildə qurmaq istəyirik”. Bu kimi açıqlamalardan sonra Paşinyan hakimiyyətdə olduğu dönəmdə Moskvanın Ermənistana hansı növ silah satacağı və peşkəş edəcəyi maraq doğurur''.

Politoloq qeyd etdi ki, müharibədən sonra Kreml Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi. Çünki, Paşinyan Moskvanın vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarına imza atıb, onları yerinə yetirməlidir.

Digər tərəfdən Moskva görür ki, hələ ki, Ermənistanda Paşinyana real alternativ yoxdur. Ancaq Paşinyan "İsgəndər” raketlərinin keyfiyyətsiz olmasıyla bağlı açıqlamasıyla Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, Kreml sahibi bunu unutmayacaq və fürsət düşən kimi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq.

Gələn son xəbərlərə görə, Ermənistan ordusu içərisində Nikol Paşinyanı devirmək istəyən qrup formalaşıb.