Dünya

Polşada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Polşada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib (VİDEO)

Xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətinə dəstək aksiyaları davam edir.

Kanal14.az Trend-in məlumatına əsasən bildirir ki, bu gün növbəti aksiya Polşanın paytaxtı Varşavada keçirilib. Yüzlərlə azərbaycanlı paytaxt şəhərin mərkəzinə toplaşaraq Azərbaycan Ordusuna dəstək olduqlarını ifadə edib.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, erməni təcavüzünə son qoyulması ilə bağlı şüarlar səsləndiriblər.