Dünya

Ukraynada aksiya: erməni nazirin istefası tələb edilir

Ukraynada Daxili İşlər naziri Arsen Avakovun istefaya göndərilməsi tələbi ilə Ali Radanın qarşısında aksiya keçirilir.

Dogruxeber.az bildirir ki, aksiya iştirakçıları Ali Radadan Avakovun istefaya göndərilməsi və hüquq-mühafizə orqanlarında islahatların aparılması tələb edirlər.

Aksiya iştirakçıları "Avakov, rədd ol!”, "0 faiz ictimai etimad” və digər şüarlar səsləndirilib. Bir neçə saatdan sonra eyni tələblə hökumət binası qarşısında da mitinq keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu gün Ali Radanın iclasında Ukrayna Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair hesabat dinləniləcək.

(Axar.az)