Dünya

Ermənistanda hökümət binasının qarşısında aksiya keçirildi

Ermənistanda hökümət binasının qarşısında aksiya keçirildi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ermənistan hökumətinin binası qarşısında bir qrup gənc alim etiraz aksiyası keçirib.

Kanal14.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, "Biz də varıq” şüarını qaldıran etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasından narazılıq ifadə ediblər. 

Bununla yanaşı, Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzi binasının başqa şəxsə verilməsinə cəhd göstərildiyi, bunun "pis nümunə ola biləcəyi” vurğulanıb. Həmin elmi mərkəzin əməkdaşları noyabrın 8-də də İrəvanda etiraz aksiyasına toplaşmışdılar.

Etirazçılar bu gün öz təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim etmək niyyətindədirlər.