Dünya

Ərdoğan şiddətli zəlzələdən danışdı: yaralılar var – FOTO

Ərdoğan şiddətli zəlzələdən danışdı: yaralılar var – FOTO
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Türkiyənin İstanbul şəhərində şiddətli zəlzələ baş verib.

İlkin məlumat görə, zəlzələ 5.9 bal gücündə olub.

Yeraltı təkanlar təxminən 30 saniyə davam edib.

***

Zəlzələ təşvişə səbəb olub, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.

Məktəblər, xəstəxanalar, ticarət mərkəzləri təcili təxliyə olunub. Telefon xətləri kəsilib. Şəhərdə böyük panika yaranıb.

Avcılar rayonunda yerləşən məscidin minarəsi dağılıb.

***

İstanbulda yerli vaxtla 14:27-də növbəti zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 4 bal olub.

***

İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb. Bunu Türkiyə Prezidneti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da İstanbulda 3.6 bal gücündə zəlzələ baş vermişdi. (axar.az)