Hadisə

Azərbaycanda 6 bal gücündə zəlzələ olub — YENİLƏNİB - RƏSMİ

http://olke.az/uploads/1549396673/rtghderdf.jpg
 
Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.

"Kanal14.az" AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

***

"Ölkə.Az" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Bakı vaxtı ilə 23.20-də qeydə alınıb.

 

Yerlatı təkanların episentri Bakıdan 141 km şimal-qərbdə, Şamaxıdan 57 km şimalda və Qubadan 25 km cənubda olub.

4.4 maqnitudalı zəlzələ daha çox Bakı, Kürdəmir, Quba, Şamaxıda hiss olunub. Yeraltı təkanlar yerin 60 km dərinliyində baş verib.

Qeyd edək ki, hələlik zəlzələ ilə bağlı rəsmi məlumat verilməyib.