Dünya

Dağıstanda 60-dan çox uşaq zəhərləndi

Dağıstanda "Spartak” idman düşərgəsində 65 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, zəhərlənənlərdən 61 nəfəri uşaqdır.

 

Qeyd olunur ki, zəhərlənmə düşərgədə bişirilmiş yeməkdən baş verib. Düşərgənin 4 işçisi, o cümlədən aşpaz xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Düşərgədə 200 uşağın istirahət etdiyi deyilir.