Dünya

Latviyada 17 nəfər xəstəxanaya düşdü - İstilərə görə

Latviyada istilərlə əlaqədar 17 nəfər xəstəxanaya yerləşdirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər uzun müddət açıq havada qaldıqdan sonra özlərini pis hiss etməyə başlayıblar.

 

Onlardan 5-i spirtli içkidən sonra istivurmaya məruz qalıb.

Latviyada son 3 həftə ərzində temperatur 30 dərəcədən aşağı düşmür və havanın yüksək rütubətliliyi müşahidə olunur.