Cəmiyyət

İlin ən qızmar günləri olacaq DİQQƏTLİ OLUN

İyunun 13-14-də gözlənilən hava ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 13 və 14-də havanın temperaturu yüksələcək.Maksimaltemperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyunun 13-üvə 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu daəksər əhaliüçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhər görülmür.

 

İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarındaşimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.