Hadisə

Bakıda güclü yanğın — 50 nəfər təxliyyə edildi

Bakıda güclü yanğın — 50 nəfər təxliyyə edildi
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

 

Kanal14.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.