Gündəm

Ticarət mərkəzində yanğın

Ticarət mərkəzində yanğın
Sumqayıtda ticarət mərkəzi yanıb.

"Qafqazinfo" xəbər verir ki, üçmərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan anbarın yanar konstruksiyaları və içərisindəki geyim əşyaları 60 m² sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.