Hadisə

Bakıda yaşayış binasında yanğın — 12 nəfər təxliyyə edildi

http://olke.az/uploads/1553058640/a1cd90f9-13f2-4651-bb2d-ed9f01283736.jpg
 
Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 m² sahədə əriyib. 

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.