Hadisə

Binəqədidə qazanxana yanıb

Bakının Binəqədi rayonunda yanğın olub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bir dam altında tikilmiş, ümumi sahəsi 100 kv.m olan tikilinin (qazanxana və anbar kimi fəaliyyət göstərir) dam örtüyü 202 sahədə, içərisində olan anbarın yanar konstruksiyaları və taxta yonqar 15 kv.m sahədə yanıb.

 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.