Gündəm

Neftçala Rayonunda salınmış “analoqsuz” park,pullar kimin cibinə gedir..? / VİDEO

Neftçala Rayonunda salınmış









 
 
DogruXeber.az informasiya agentliyinin redaksiyasına daxil olan video materiala əsasən Neftçalada salınmış Bankə qəsəbəsi acınacaqlı vəziyyətdədir. Rayon icra başçısı İsmayıl Vəliyev tərəfindən həmin qəsəbədə 1 il öncə parksalma işləri həyata keçirilib. Lakin kadrlarda da göründüyü kimi parkdan əsər əlamət belə yoxdur. Çəkilən bərbad və səliqəsis asfalt örtüyü, kənarı hasarlanmış torpaq sahəsi(halbuki orda yaşıl çəmən və ağaclar olmalı idi), flakonsuz və lampasız heç bir işə yaramayan işıq dirəkləri park deyilən ərazinin möhtəşəm görüntüsünü əks etdirir. Hətta qəsəbədəki ikimərtəbəli binaların yalnız öndən bəzəyiblər. 

Lakin binaların arxa görünüşü tamam fərqlidir, bərbad gündədir. Sanki həyatın iki fərqli üzü bir yerdə əks olunub. Uşaqlar üçün heç bir atraksion, əyləncə üçün lazımlı heç bir şey gözə dəymir. Park deyiləndə ağlımıza yaşıllıq, səliqəli skamyalar, ağaclar, uşaqlar üçün əyləncə atraksionları və s. gəlir. Lakin sadalanan bu keyfiyyətlərdən heç biri bu parka aid deyil. O zaman bu bark nə üçün və hansı məqsədlə salınmışdır? Ölkə başçısının gözündən pərdə açmaq üçün? Hamımıza məlumdur ki, cənab İlham Əliyev bölgələrə xüsusilə diqqət göstərərək dövlət büdcəsindən böyük məbləğdə vəsait ayırır. 

Həmin vəsaiti rayon icra başçıları rayonun gözəlləşməsində, əhəmiyyətli müəssisələrin açılmasında sərf etməli olduğu halda bəzi icra başçıları bu pulları mənimsəyərək kiçik işlərlə sakinləri və ölkə başçısını aldatmaqla məşğul olurlar. Neftçaladakı Bankə qəsəbəsinə baxdıqda pulların mənimsədildiyi və ya mənimsənilmədiyini açıq-aşkar görə bilərsiniz. Nahaq yerdən xalqın gözü tərəzidir deyilmir. Park adıyla kiçik hasarlarla əhatələnmiş ərazini İsmayıl Vəliyev nə adla ölkə başçısına təqdim edər deyə sual yaranır.

Ölkə rəhbərinin ayırdığı pullar kimlərinsə ciblərinə dolur. Halbuki həmin pullar yerli vətəndaşların rahatlığı üçün sərf olunmalıdır. Qeyd edək ki, adı çəkilən qəsəbə gecələr həddindən çox qaranlıq olur. Park sözün həqiqi mənasında baxımsız və yiyəsiz qalıb. Aidiyyatı qurumlar da lampası olmayan işıq dirəklərinəbelə fikir vermir. əraziyə qoyulan işıq dirəkləri sadəcə hündür dəmir parçası rolunu oynayır. Icra başçısının bu cür oyunları birbaşa ölkə başçısı cənab İlham Əliyevə qarşı hörmətsizlik kimi qəbul olunur. Bu o deməkdir ki, ölkə başçısının etimadlarını Neftçala Rayon İcra Başçısı layiqincə doğrultmur.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq: 
DogruXeber.az