Gündəm / Səhiyyə

Ağsu xəstəxanasının ağ ciyər şöbəsində rəzalət / VİDEO

Ağsu xəstəxanasının ağ ciyər şöbəsində rəzalət / VİDEO











 
 
Bu gün digər sahələrdə olduğu kimi səhiyyədə də özbaşınalıqlar və bir çox ciddi problemlər baş alıb getməkdədir.Həkimözbaşınalığı, həkimsəhlənkarlığı, rüşvətxorluq, pulsuz müayinələrin pulla həyata keçirilməsi, tibb işçilərinin xəstə və onun yaxınlarından xəstəyə qulluq qarşılığında pul tələb etməsi, hətta xadiməçilərin otağı təmizlədikləri üçün xəstələrdən pul alması və s. bu kimi ciddi problemlərin nəzdində gedir.

Yəni, xəstə xəstəxanaya düşdüsə bütün bu xərcləri nəzərə almalıdır, əks halda ona çox laqeyd münasibət göstəriləcək və diqqətdən kənarda qalacaq. Həkimin tibbi biliyinin yetərincə olmaması ucbatından dünyaya uşaq gətirən qadınların həyatını itirməsi, körpə uşağın doğulan kimi ölməsi və ya doğuş anında hərikisinin həyatını itirməsi xəbərlərini isə mütəmadi olaraq eşitməkdəyik.

Sayılacaq çoxnüanslar var; Səhiyyə Nazirliyinin xəstəxanalara xəstələr üçün verdiyi pulsuz dərmanların pulla xəstələrə satılması kimi. Ardını gətirək? məncə saymaqla uzun-uzadı bir siyahı tərtib etmək olar.

İndi sizə təqdim edəcəyimiz video kadrda bunların başqa bir versiyasını göstərəcəyik. Deməli DogruXeber.az informasiya agentliyinin redaksiyasına daxil olan məlumata görə xəstənin qohumu xəstəxanaya yaxınlarını ziyarət etmək üçün gəldikdə gördüyü mənzərədən çox təəccüblənib. 

Beləki, Ağsu rayon dövlət xəstəxanasının ağ ciyər şöbəsinə daxil olan şəxs xəstəxananın boş olduğunu görüb. Kadrlarda da göründüyü kimi nə bir həkim, nə bir mühafizəçi, nədə bir məsul şəxs gözə dəymir. Burda xəstələr özləri-özlərinə bir növ qulluq edirlər.

Hətta qapını belə xəstə yaxınlarına özü açır. məsələ çox ciddidir. Şöbəyə kimin nəzarət etdiyini soruşan vətəndaşa növbətçinin olduğunu dediklərində vətəndaş onu harada olduğunu və hara baxdığını soruşur. Cavab: "Yəqin yatıbdı da”. 
Nə vaxtdan növbətçi iş vaxtı yatır? Xəstəxanada fövqəladə bir hadisə baş versə xəstələrin köməyinə kim gələcək? Necə olur ki, bir xəstəxananın xəstələr yatan şöbəsində bircə nəfər də olsa həkim yoxdur?! 

Səhiyyə Nazirliyi axı hara baxır? Bu kimi ciddi məsələlərə diqqət ayırmadıqda belə hallar tez-tez baş verəcək və bunun qurbanları xəstələr olacaq. Xəstələrdən birinə kənardan hücum olsa asanlıqla istədiklərini edə biləcəklər, çünki mühafizəçi və ya növbətçi öz otağında yatır (əgər varsa).

DogruXeber.az informasiya agentliyi –nin baş redaktoru məsələylə bağlı Ağsu rayon Mərkəzi xəstəxanasının baş həkiminin müavini Əli doktorla telefon əlaqəsi saxlayıb xəstəxanada baş verən hallara aydınlıq gətirməsini xahiş edib. Baş həkimin müavini Əli doctor bu cür nüansların bizim xəstəxanamızda baş vermədiyini və elə bir hal olubsa belə efirə getməsinin bizim üçün problem olmadığını deyib.

Adamın zərrə qədər də narahat olmaması arxayınlığının göstəricisidir. Axı bu xəstələrə baxan həkim olmalıdır, cənab doctor ! Axı onlar sizin arxayınçılığınızın qurbanı olurlar. Ən azından yaranan bu ilginc nüansı təkzib etməli deyildiz. Bəlkə də elə düz edirsiz, heçkim sizə mane deyilsə niyə də etməyəsiz? Cənab Oqtay Şirəliyev səhiyyəyə o qədər gözəl diqqət ayırır ki, həkimlər belə artıq özbaşınalığın mətbuata sızmasından narahat deyillər.

DogruXeber.az