Gündəm

Quba rayon uşaq bağçasında nə baş verdi?

Quba rayon uşaq bağçasında nə baş verdi?
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur və biz bu borcu yerinə yetirməyə çalışırıq”. Ilk öncə Ümumilli Lider Heydər Əliyevin uşaqlar haqqında gözəl aforizmiylə başlamaq istərdik. Həqiqətən də uşaqlar parlaq gələcəyimizin təməlləri, ölkəmizin ümid daşıyıcılarıdır. Bu həssas uşaqlara qayğı yetərincə özünü doğruldurmu? Bu gün ölkə başçısı cənab İlham Əliyev də uşaqların sağlam və ölkəyə layiqli şəkildə böyüməsi üçün xüsusi qayğı göstərir. Bəs ölkə başçısından əlavə digər qurumlar da bu qayğını yetərincə göstərirlərmi? Bax bu ciddi məsələdir. Çünki uşaqların mənəvi ehtiyaclarını təmin etmədikdə fərdi inkişaf prosesində həmişə nələrsə əskik olmaqla bərabər yarımçıq nələrsə qalır. Bu da insan üçün bir ömür boyu narahatlıq törədəcək natamamlıq kopleksinin yaranmasına gətirib çıxarır. Insan davamlı olaraq sıxıntılar keçirir, ümidsizlik sindromuna yoluxur və həyatda heçbir sahədə özünü kəşf edə bilmir. Təbii ki, bu cür hallar uşaqlıq dövründən qaynaqlanıb kök atır. Belə insanlar cəmiyyət üçün nələrsə etmək istədikdə bu uğursuzluqla nəticələnir. Bu cür ciddi nüanslarıpn yaranmasında uşaqların əyləncəsinin düzgün şəkildə təmin edilməməsi, psixoloji travma, düzgün tədris olunmayan təhsil, qayğıdan kənar qalmaları və s. nümunə göstərmək olar. DogruXeber.az informasiya agentliyinə vətəndaşın müraciəti əsasında daxil olan video materilda görmək olar ki, Quba Rayon Zərdabi qəsəbəsində yerləşən 15 saylı körpələr evi-uşaq bağçasında uşaqların mənəvi ehtiyacları yetərincə ödənilmədiyi üçün yuxarıda sadaladıqlarımız gələcəkdə özünü büruzə verəcəkdir. Belə ki, adı qeyd olunan bağçanın həyətinə daxil olan rayon sakini bu prebləmlərlə bağlı maraqlanmaq istəsə də bağçanın qapılarını vətəndaşın üzünə bağlayıblar. Sakin qeyd edir ki, müəllimə ilə əlaqə saxlasaq da məzuniyyətdə olduğunu deyib. Onu maraqlandıran isə məzuniyyətdə olan şəxsin bağçanın binasında həmin müddətdə nə ilə məşğul olmasıdır. O, iddia edir ki, əgər bağçada hər hansı bir problem olmasaydı qapıları onun üzünə bağamazdılar. Vətəndaşın iddiasına əsasən şübhə yaranır ki, bağça daxilində üstüörtülü gizli məqamlar və işıqlandırılması münasib olmayan bəzi problemlər var. DogruXeber.az informasiya agentliyinin redaksiyasına göndərilən videoda da görmək olur ki, uşaqların əylənməsi üçün nəzərdə tutulan karusellər, yelləncəklər və s. atraksionların hamısı yararsız vəziyyətdədir. Heç biri uşaqların mənəvi ehtiyaclarını ödəmək gücündə deyil. O zaman bu uşaqlar necə və nə tərzdə əylənməlidir? Maraqlısı odur ki, bu acınacaqlı duruma Quba Rayon İcra Başçısı da laqeyd yanaşmaqla bərabər, ümumiyyətlə bu problemlərlə ciddi şəkildə maraqlanmır.halbu ki, qeyd olunan bağça məhz icra orqanının nəzdində fəaliyyət göstərir. Ölkə prezidentinin təyin etdiyi səlahiyyətli şəxs bu duruma biganə yanaşırsa o zaman kimlərə müraciət olunmalıdır? Niyə prezidentin tapşırıqlarına laqeyd yanaşılır? əgər üzərlərinə düşən vəzifədən boyun qaçırırlarsa o zaman hansı maraqlara qulluq etdiklərinə dair insanda sual yaranır.