Cəmiyyət

Ölkə Prezidentinin xüsusi diqqət ayırdığı xalq şairinə, icra başçısının laqeyit yanaşması /FOTOLAR

Ölkə Prezidentinin xüsusi diqqət ayırdığı xalq şairinə, icra başçısının laqeyit yanaşması /FOTOLAR

Ölkə prezident cənab İlham Əliyev, Azərbaycan mədəniyyətinə olan xüsusi qayğısı hər birimizə bəllidir. Sadaladıqca bitməyən fərmanlar, tədbirlər, mədəniyyətimizin ölkə xaricində belə təmsil olunması, 15 fevral 2013-cü il tarixli fərmanı ilə "Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu” nun qüvvəyə minməsi və s. hər biri mədəniyyət sahəsinin vacibliyini göstərən əsas amillərdəndir. Dövlət başçısının mədəniyyət sahəsindəki bu uğurlu siyasətini digər dövlət məmurları davam edir və ya dəstək olurlarmı? Onların milli mədəniyyətimizə olan qayğısı hansı səviyyədədir? Ümumiyyətlə bu diqqət və qayğıdan əsər-əlamət varmı? Elə başlayaq rayonlar üzrə təyin olunmuş prezidentin ən səlahiyyətli nümayəndələrindən—icra başçılarından. 

Həmin o icra başçılarından biri də Qaradağ rayonunun səlahiyyətli nümayəndəsi 
Süleyman Mikayılovdur. O, Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. DogruXeber.az bildirir ki,Süleyman Mikayılovun təyin olunduğu gündən adı bir çox qalmaqallarda hallanmaqla yanaşı, vəzifəsindən sui-istifadə etdiyi barədə xəbərlər alırıq. Liderinfo.az saytına istinadən nəzərinizə çatdırmaq istəyirik ki, İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.S.Mikayılov 2 il öncə Hərbi Hava Hücumundan Müdafiə qərərgahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özünə ictimai iaşə obyekti tikmişdi. Bundan başqa Lökbətan qəsəbəsi 28 may küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən "Cırtdan kafesi” tikdirib. Yerli əhalinin sözlərinə görə bu kafedə pullu oyunlar oynanılır ki bu da sakinlərin narazılığına səbəb olur. Başı öz şəxsi biznesinə qarışan Cənab Mikayılovun mədəniyyətə diqqət ayırması çox primitiv görünür.

Təbii ki, bunun da şahidi olduq. Digər qəsəbələrdə olduğu kimi, məhz xalq şairi Mikayıl Müşfiqin adını daşıyan Müşfiqabad qəsəbəsində də buna rast gəldik.
İlk öncə nəzərinizə çatdıraq ki, qəsəbə Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdır. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılmış və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılmışdır. Ali sovetin dövründə xalq şairi Mikayıl Müşfiqin adı verilən qəsəbə bu gün çox baxımsız vəziyyətdədir. Günü-gündən inkişaf edən ölkəmizin niyə Müşfiqabad kimi qəsəbəsi hansısa məmurun özbaşınalığından dolayı mədəni fəaliyyət baxımından geridə qalsın ki? Doğruxeber.az saytı xəbər verir ki, Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində şair Mikayıl Müşfiqin büstü və həmin büstün ətrafı çox baxımsız vəziyyətdədir. Belə ki, sözü gedən həmin büstün ətrafında heç bir gül-çiçək, yaşıllıq, ümumən göz oxşayan heç nə yoxdur və ətrafında cəmi dörd skamya vardır. Həmin skamyalardan da ikisi sonradan qoyulmuşdur. Ətrafdakı daşlar, metlaxlar sınıq-sökük, toz-torpaq içində olmaqla yanaşı ətrafında salınmış bağ ümumiyyətlə baxımsız vəziyyətdədir. Ağaclar hətta susuzluqdan qurumuşdur. Xalq şairimizə verilən dəyər bundan ibarətdirmi?

Ölkə Prezidentinin xüsusi diqqət ayırdığı xalq şairinə, icra başçısının laqeyit yanaşması /FOTOLAR

Bu gün ölkə prezidentinin belə xüsusi diqqət mərkəzində olan şairin büstü və büstətrafı ərazi niyə baxımsızdır? Ətarfda dəmirdən olan görkəmsiz kafe və yol boyu qanunsuz tikililər, obyektlər sanki bir-birilə yarışa giriblər,sırayla ucu-bucağı görünmür. Onlara diqqət xüsusi xarakter daşıyır, çünki hər bir obyekt sahibi Süleyman əmiyə müəyyən məbləğdə ödəniş edir. Ətrafda uşaq baxçası, məktəblər yerləşdiyi halda bu cür cəmiyyətə və ən əsası gələcəyin davamçıları olan uşaqlara örnək ola bilərikmi? Yəni olmaz ki, həmin uşaqların daha gözəl mənzərəylə qarşılaşmaqlarına zəmin yaradaq? Onlar da gəncliyini qurban verən şairimizin büstünə baxıb qarşısında fəxrlə dayansınlar? Məsələn, uşaqlar, gənclər və yaşlı nəslin nümayəndələrinin rahat şəkildə istirahət edə biləcəyi bir park yaradıla bilməzmi? Təxminən 15 kvadrat metr ərazini illərdir ki,təmir etmək bu qədərmi çətindir? Hər hansı bir turistə şairimizə qoyulan hörmətin bundan ibarət olduğunumu göstərəcəyik? Həqiqətən çox utancverici bir situasiyadır. Bəs dövlət büdcəsindən ayrılan vəsaitlər hara xərclənir? Süleyman əminin ipək ciblərinə? Ard-arda düzülən bu sualların cavabları bir çoxumuza bəllidir. Hələ bu harasıdır?! Həmin qəsəbədə əlavə araşdırmalar da apardıq və daha bir özbaşınalıqdan xəbərdar olduq. Deməli, Süleyman cənablarının himayə etdiyi bələdiyyə sədri Vüqar Əliyev vətəndaşlara qanunsuz olaraq torpaqlar satır. Həmin torpaqların 1 sotu 4000-5000 AZN arası qiymətlərə görə dəyişir və yalnız bələdiyyənin verdiyi kağız parçasıyla satılır. Həmin kağız parçası qanun tərəfindən təsdiq olunmayan və qeyri-qanuni yolda hazırlanan sənəddir. Vətəndaş istənilən an həmin torpaqdan məhrum oluna bilər. Bu isə həmin şəxsin illərlə əziyyət çəkərək çalışıb topladığı pulun ortada yeyilməsiylə nəticələnir. Bu azmış kimi həmin torpaqlarda ev tikdirmək istəyənlər birmərtəbəli ev üçün 3000 AZN, ikimərtəbəli ev üçünsə əlavə olaraq 5000 AZN icra başçısına ödəməlidir. Bu özbaşınalığın ağır fəsadlarını yerli vətəndaşlarımız çəkir və bütün bunlar dövlət başçısından gizli olaraq həyata keçirilir.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq: