Dünya / Səhiyyə

Ermənistanda koronavirusdan ölənlərin sayı 817-yə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 817-yə çatıb

Ermənistanda son sutka ərzində 196 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Kanal14.az-ın "Sputnik Armenia”ya istinadən məlumatına görə, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 41 495-ə çatıb.

Son sutkada Ermənistanda daha 3 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 817-dir. 

Ermənistanda indiyədək koronavirusdan sağalanların sayı 34 484 nəfərdir, 5952 nəfər müalicə olunur.