Dünya / Səhiyyə

Ermənistanda indiyədək koronavirusdan 708 nəfər ölüb

Ermənistanda son sutkada daha 383 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 8 nəfər ölüb.

Kanal14.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək infeksiyaya yoluxanların sayı 36 996, xəstəlikdən ölənlərin sayı isə 708 nəfərə çatıb.

Ermənistanda COVID-19-dan sağalanların sayı 26 243 nəfərdir.