Dünya / Səhiyyə

Rusiyada koronavirusdan sağalmış xəstələrin sayı 92 681 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 8849 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub...İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 317 554 nəfərə çatıb.Son sutka ərzində 127 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3099 nəfərə çatıb.Xəstəlikdən sağalanların sayı 92 681 nəfərdir.Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.(İnteraztv.com)