Dünya / Səhiyyə

Ermənistanda koronavirusa yoluxanların sayında artım

Ermənistanda koronavirusa yoluxanların sayında artım

Ermənistanda sutka ərzində daha 759 nəfər koronavirusa yoluxub, 13 nəfər dünyasını dəyişib.

Kanal14.az erməni KİV-nə istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanların ümumi sayı 23 min 247, ölənlərin sayı 410 nəfərə çatıb.

 

İndiyədək 12 min 149 nəfər xəstəlikdən sağalıb, 10 min 557 nəfər aktiv koronavirus xəstəsi var.