Şou

İllər sonra koronavirusa görə bir araya gəlirlər

İllər sonra koronavirusa görə bir araya gəlirlər

Cennifer Eniston və Bred Pitt koronavirus pandemiyasına diqqəti cəlb etmək və məlumatlılığı artırmaq üçün hazırlanan "Fast Times At Ridgemont High” layihəsində birlikdə çalışacaqlar.

Kanal14.az "Hürriyet”ə istinadən xəbər verir ki, 1983-cü ildə eyni adlı istehsalın təkrarı olan layihədə Cennifer Eniston, Culiya Roberts, Metyu Makkonaxi, Şaya LaBaf, Morqan Friman, Henri Golding, Deyn Kuk və Şon Penn kimi aktyorların çəkiləcəyi açıqlanıb.

 

Qeyd edək ki, 2000-ci ildə evlənən B.Pitt və C. Eniston 2005-ci ildə boşanıblar.