Gündəm / Hadisə

Bakıda iki qadın özlərini binadan atdılar

Bakıda iki qadın özlərini binadan atdılar

Bakıda iki dəhşətli intihar qeydə alınıb.

 İntiharlardan biri Binəqədi rayonunda baş verib. 

Biləcəri qəsəbəsində 70 yaşlı T.Eyvazova özünü yaşadığı evin 5-ci mərtəbəsindəki mənzilindən atıb və oradaca keçinib.

Nərimanov rayonu, Təbriz küçəsində isə 64 yaşlı Roza Kərimova özünü 3-cü mərtəbədən atıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Hər iki qadının hansı səbəblərdən həyatlarına qəsd etdiyi məlum deyil./Reyting.az