Siyasət

"Azərbaycan torpaqlarını azad etdiyi kimi, vurulmuş ziyanın əvəzini də ödətdirəcək" - Deputat

"Azərbaycan torpaqlarını azad etdiyi kimi, vurulmuş ziyanın əvəzini də ödətdirəcək" - Deputat
 
 
 
 
 
 
 
 
 
 

 
 

"Kəlbəcərdə növbəti erməni vandalizmi yaşanır".

Kanal14.az məlumat verir ki,bu sözləri Sonxeber.az-a deputat İqbal Məmmədov bildirib.

 

Deputat qeyd edib ki, ermənilər acgöz və vəhşi millət olaraq Kəlbəcərdə növbəti terror aktını törədirlər:

"Döyüş meydanında silahını atıb qaçan, sanitar qovşağını, elektik dirəklərini və meşələrdə ağacları kəsib aparan ermənilər bu addımları ilə necə aciz, qorxaq millət olduqlarını sübuta yetiriblər. Ermənilər illərdir ki, azərbaycanlılara, təbiətimizə, flora və faunamıza qarşı soyqırım aktı törətməkdədirlər. Əlləri uşaq qanına bulanan erməni terrorçuların Kəlbəcərdə və digər rayonlarımızda bu vəhşiliyi törətməsi gözlənilən idi. Ermənilər bu günə kimi törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar. 30 ildə ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər hesablanacaq və beynəlxalq məhkəmələrə təqdim ediləcək. Elektrik dirəyinin kəsilməsi və evlərin kərpiclərinə kimi sökülüb aparılması onların acgözlüyündən xəbər verir. Bütün bu erməni vandalizmi yenə cəzasız qalır. Dünya dövlətləri və beynəlxalq təşkilatlar özünü sanki kormuş kimi aparırlar. 30 ildə tapdanan hüquqlarımıza susan, demokratiyadan və insan hüquqlarından dəm vuran ölkələr yenə ikili münasibət sərgiləməkdədir. Əslində onların görməli olduqları işi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu reallaşdırdı və ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün önəmli olan torpaqlarımızı işğaldan azad etməyimizdir".

Deputat vurğulayıb ki, tezliklə ermənilərin dağıtdıqları evlərimizi, meşələrimizi və abidələrimizi bərpa edəcəyik:

"İşğaldan azad etdiyimiz rayonlarımızı və şəhərlərimizi yenidən cənnətə və turizm məkanına çevirəcəyik. Ermənilər işğal olunan ərazilərimizdə törətdikləri vəhşiliklərə görə təzminat ödəməli olacaqlar. Ümumiyyətlə ermənilərin 30 il ərzində işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşiliklər, evlərə, mülki obyektlərə, təbiətə vurduqları ziyanların hamısı qiymətləndiriləcək və onlardan təzminat tələb olunacaq. Necə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, eləcə də vurulmuş ziyanın əvəzini ödətdirəcək".