Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Ceyhun Məmmədov: İllər keçsə də erməni millətinin mahiyyəti dəyişməyib, əksinə daha da aqressivləşib"

Ceyhun Məmmədov: İllər keçsə də erməni millətinin mahiyyəti dəyişməyib, əksinə daha da aqressivləşib”
"Son günlər dünyanın müxtəlif ölkələrində baş verən hadisələr ermənilərin əsl mahiyyətini göstərdi. Bu millət üçün heç bir dəyər anlayışı yoxdur.

Öz məqsədinə nail olmaq üçün hər yola əl atır. Bu yolda terrordan və qətldən belə çəkinmir. Əsas məqsədə çatmaqdır. Azərbaycanlılar sakit və təmkinli formada yürüş keçirdikləri halda ermənilər vəhşilik və barbarlıq nümayiş etdirərək Azərbaycanlılara qarşı aqressiv davrandılar. Bayraqları və şəkilləri tapdaladılar, cırdılar. Buna başqa ad vermək mümkün deyil. İllər keçsə də erməni millətinin mahiyyəti dəyişməyib, əksinə daha da aqressivləşib”.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, son aylar həm cəbhədə, həm də dünyada diplomatik müstəvidə uduzan ermənilər Azərbaycandan bu yolla qisas almağa çalışırlar. Ermənilər bu hadisələrdən azərbaycanlılara qarşı istifadə etməyə çalışırdılar. Əvvəldən müəyyən planlar qurmuşdular. Ancaq proses əleyhlərinə yönəldi, biabırçı duruma düşdülər. Əsl mahiyyətləri ifşa olundu. "Baş verən hadisələri ciddi təhlil etməliyik. Ermənilərin həqiqi mahiyyətinin təbliği prosesində hər birimiz daha aktiv olmalıyıq. Baş verənlər, qeydə alınan faktlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Adətən ermənilər hər yerdə azərbaycanlıları vəhşi kimi dünyaya təqdim etməyə çalışırdılar. Deyirdilər, biz azərbaycanlılarla birgə yaşaya bilmərik. Ancaq əksi baş verdi. Dünya açıq-aydın gördü ki, sözün həqiqi mənasında əsl vəhşi ermənilərin özləridir. Bu millət yalnız terroru yaxşı bacarır. Baş verənlər həm də Azərbaycan diasporunun gücününü getdikcə artdığını göstərdi. Açıq mütəşəkkillik və yüksək təşkilatçılıq hiss olunurdu. Bu baxımdan Lobbiçilk istiqamətdə də fəaliyyətimizi daha da gücləndirməliyik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi hücum diplomatiyasına üstünlük verməliyik. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Bu gün ölkəmizə dünyada böyük inam və etimad var. Azərbaycan bir çox beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır”-deyə, millət vəkili qeyd edib.
(Yenigundem.az)