Siyasət

Əli Əsədov Gürcüstanın baş nazirinə məktub ünvanladı

Əli Əsədov Gürcüstanın baş nazirinə məktub ünvanladı
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Kanal14.az bildirir ki, Baş nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qalib gəlməsi münasibətilə Baş nazir Giorgi Qaxariyanı təbrik edib.

 

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.

(Sonxeber.az)